“Harry Potter”də Qoblin rolunu oynayan aktyor vəfat edib

“Harry Potter”də Qoblin rolunu oynayan aktyor vəfat edib
21.03.2023 01:51
Aa
dəq

Britaniyalı aktyor Pol Qrant 56 yaşında vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin “The Sun” qəzeti sənətçinin ailəsinə istinadən məlumat yayıb.

Qrantın yaxınları bildiriblər ki, o, martın 16-sı axşam Londonun şimalındakı dəmir yolu vağzalının yanında şüursuz vəziyyətdə tapılıb.

Aktyor paytaxt xəstəxanalarından birinə qaldırılıb, orada onun ölümü təsdiqlənib. Lakin, qəzetin bildirdiyinə görə, o, yalnız martın 19-da həyati təminat aparatından ayrılıb. Bu qərarın verilmə şəraiti və ölüm səbəbi barədə məlumat verilməyib.

Nəşrin yazdığına görə, keçmişdə aktyor alkoqol və narkotik aludəçiliyi ilə mübarizə aparıb.

Qeyd edək ki, hündürlüyü 132 sm olan Pol Qrant “Ulduz savaşları: Epizod 6 - Cedinin qayıdışı” filmində uydurma məxluqlar irqinin nümayəndələrindən biri evokun rolunu oynayıb. Daha sonra o, “Labirint”də yer alıb və “Harri Potter və fəlsəfə daşı” lentində qoblin rolunda çıxış edib.

Həftənin ən çox oxunanları

Toyvo Klaarın sözçüsü: Ermənistan və Azərbaycan arasında sülhü təmin etmək üçün imkanlar mövcuddur

Toyvo Klaarın sözçüsü: Ermənistan və Azərbaycan arasında sülhü təmin etmək üçün imkanlar mövcuddur
DAVAMIN OXU davamın oxu

XİN: Ermənistanın guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasının heç bir əsası yoxdur

XİN: Ermənistanın guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasının heç bir əsası yoxdur
DAVAMIN OXU davamın oxu

Məşhur aktrisa Saşa Monteneqro 78 yaşında vəfat edib

Məşhur aktrisa Saşa Monteneqro 78 yaşında vəfat edib
DAVAMIN OXU davamın oxu

"Bi-2" qrupunun üzvləri saxlanılıb

DAVAMIN OXU davamın oxu

ABŞ səfiri Azərbaycana başsağlığı verib

ABŞ səfiri Azərbaycana başsağlığı verib
DAVAMIN OXU davamın oxu