Hakan Fidan Türkiyənin xarici işlər naziri təyin olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sənəd imzalayıb.
Qeyd edək ki, daha öncə Hakan Fidan Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəisi vəzifəsində çalışıb.