Haitinin paytaxtı Port-o-Prensdə atışma səsləri kəsilmir.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, ötən gün silahlılar daha bir neçə məntəqəyə hücumlar ediblər.
Əsasən, ümumi xəstəxana, milli saray və əsas həbsxana ətrafında silahlılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar olub. Qarşıdurma zamanı dinc əhali arasında yaralananlar olub.
Polis yaralı şəxslərə tibbi yardım göstərib və əhalini təhlükəli bölgələrdən təxliyə etməyə çalışıb.
Port-o-Prensdə silahlı zorakılıqlar, xüsusilə, 29 fevraldan sonra intensiv xarakter alıb.
Qarşıdurmalarda onlarla insan yaralanıb, 17 mindən çox insan evsiz qalıb.
Quldur dəstə üzvləri polis məntəqələrinə, əsas beynəlxalq hava limanına, həbsxanalara hücum ediblər.
Həbsxanalardan 4 mindən çox məhbus sərbəst buraxılıb.