Hacıqabulda fermalardan oğurluq edən dəstə üzvləri saxlanılıb

Hacıqabulda fermalardan oğurluq edən dəstə üzvləri saxlanılıb
07.11.2023 09:09
Aa
dəq

Hacıqabulda fermalardan oğurluq edən dəstə üzvləri saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust ayı ərzində rayonun Muğan qəsəbəsi ərazisində yerləşən iki fermadan oğurluq etməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğuna görə məhkum olunmuş Xalid Cavadov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, dindirilmə zamanı həmin şəxs törətdiyi əməli etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxs iki fermadan dəmir qapılar, su çəni, dəmir borular, elektrik naqilləri və digər avadanlıqlar oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 16000 manatdan artıq maddi ziyan vurub.

Bundan əlavə, polis əməkdaşları tərəfindən X.Cavadovun ətrafında aparılan əməliyyat-istintaq hərəkətləri zamanı onun daha iki cinayət əməlinin üstü də açılıb. Məlum olub ki, həmin şəxs həmyerliləri Azad Abbasov, Əfqan Salahov, Elməddin Novruzov, Hilal İsmayılov, Asim Əmrahov və Cavid Əliyevlə qabaqcadan əlbir olaraq cari ilin sentyabr ayı ərzində Muğan qəsəbəsi ərazisində yerləşən iki fermaya qanunsuz olaraq daxil olublar. Oradan dam örtükləri, dəmir soba, su çəni, dəmir boru və barmaqlıqlar, yük avtomobilinin təkərlərini və traktor qoşqusunun hissələrini oğurlayan dəstə üzvləri zərərçəkmişlərə ümumilikdə 12000 manat maddi ziyan vurublar.

Gizli yolla taladıqları "qənimətlərin" bir qismini Kürdəmir rayonu ərazisində yerləşən əlvan metalların qəbulu məntəqəsinə satan adları qeyd edilən şəxslər, əldə etdikləri pulları öz aralarında bölüblər. Maddi sübutların bir qismi isə polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Həftənin ən çox oxunanları

Toy yasa döndü - 5 nəfər öldü - FOTOLAR

Toy yasa döndü - 5 nəfər öldü - FOTOLAR
DAVAMIN OXU davamın oxu

DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülüb

DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülüb
DAVAMIN OXU davamın oxu

Xaricdə tutulan 6 nəfər Azərbaycana gətirildi

Xaricdə tutulan 6 nəfər Azərbaycana gətirildi
DAVAMIN OXU davamın oxu

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb
DAVAMIN OXU davamın oxu

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar
DAVAMIN OXU davamın oxu