Bu gün vəfat edən Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" -yə QMİ-dən bildirilib.
Qeyd edilib ki, Hacı Şahin saat 16:00-da torpağa tapşırılacaq.
09:35***
Hazırda Məşədi Dadaş məscidində Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli ilə vida mərasimi keçirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" canlı yayımı təqdim edir:
08:11 ***
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli vəfat edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə onun rəsmi səhifəsində məlumat verilib.