Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin dəfn yeri açıqlanıb.
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, “Əjdərbəy” məscidinin icma sədri Hacı Həmdüllah Babayev bildirib ki, o, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, din xadimi səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib.