BMT-nin baş katibi Antonio Quterreş Nüvə silahlarının yayılmaması müqaviləsi üzrə keçirilən icmal konfransının yekun sənəd ətrafında konsensusa gələ bilməməsini təəssüflə qarşılayıb. Bu barədə baş katibin nümayəndəsi Stefan Dujarrik məlumat verib.
Bəyanatda vurğulanıb ki, on birinci icmal konfransının iştirakçıları dünyanı daha təhlükəsiz məkana çevirmək üçün yaranmış mühüm fürsəti dəyərləndirə bilməyiblər. Quterreşin sözlərinə görə, hazırkı beynəlxalq vəziyyətdə yüksək gərginlik və artan nüvə riskləri təcili addımların atılmasını zəruri edir.
Baş katib dövlətləri aşağıdakı istiqamətlərdə fəaliyyətlərini gücləndirməyə çağırıb:
- Gərginliyin və nüvə təhdidlərinin azaldılması üçün bütün dialoq və diplomatiya kanallarından istifadə edilməsi.
- Nüvə silahından azad dünya hədəfinin BMT-nin tərksilah gündəliyində əsas prioritet kimi saxlanılması.
Sonda Antonio Quterreş konfransın sədri, Vyetnamın BMT-dəki daimi nümayəndəsi Do Xunq Vyetə yekun razılaşmaya nail olmaq istiqamətində göstərdiyi səylərə görə təşəkkürünü bildirib.