Gürcüstanda hakim "Gürcü arzusu" partiyası oktyabrın 26-da keçirilən parlament seçkilərində qalib gələrək hakimiyyətinin növbəti dörd ilində ölkəni əhəmiyyətli dərəcədə yeni inkişaf səviyyəsinə çıxarmaq niyyətindədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.
“Dörd il ərzində biz ölkəmizi əhəmiyyətli dərəcədə yeni inkişaf səviyyəsinə çıxarmalıyıq ki, bunun üçün artıq bütün əsaslar yaradılıb”.