Əsas məzmuna keç

Gürcüstandan Azərbaycana qanunsuz siqaretlər gətirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana qanunsuz siqaretlər gətirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana gələn vasitəsinin yük yerində siqaretlər aşkar edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Komitəsindən məlumat veriib.

Bildirilib ki, Komitənin Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, “Mazımqara” gömrük postunda Gürcüstan istiqamətindən gələn yük nəqliyyat vasitəsinə həyata keçirilən gömrük yoxlaması zamanı kinoloji xidməti it nəqliyyat vasitəsinin qoşqusuna reaksiya verib.

Baxış zamanı, qoşqunun yük yerinin arasından döşəməyə dağınıq şəkildə yığılmış Azərbaycanın aksiz markası ilə markalanmayan 230 “Marlboro touch gray” və 70 qutu “Parliament Night Blue” markalı, ümumilikdə 300 qutu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…