Əsas məzmuna keç

Gürcüstanda ziyarətgahların təhqir edilməsinə görə cəzanın sərtləşdirilməsi təklif olunub

Gürcüstanda ziyarətgahların təhqir edilməsinə görə cəzanın sərtləşdirilməsi təklif olunub

bu barədə brifinqdə Gürcüstan parlamentinin hüquq komitəsinin rəhbəri Anri Oxanaşvili bildirib. “Komandamız yaxın vaxtlarda dini tikililərin və və...

Gürcüstanın hakim “ Arzusu - ” partiyası yaxın vaxtlarda ziyarətgahların təhqir edilməsinə görə cinayət məsuliyyətini sərtləşdirən qanun layihəsinin təşəbbüskarı olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə brifinqdə Gürcüstan parlamentinin hüquq komitəsinin rəhbəri Anri Oxanaşvili bildirib.

“Komandamız yaxın vaxtlarda dini tikililərin və və obyektlərin təhqir olunmasına görə cinayət məsuliyyətinin sərtləşdirilməsi üçün qanunvericilikdə dəyişikliklər edilməsi təşəbbüsü ilə çıxış edəcək. Bu, həm pravoslav xristianlar, həm də digər dini tikililərə, məsələn, məscidlərə, sinaqoqlara, katolik və digər kilsələrə aiddir”, - o deyib.

A.Oxanaşvilinin sözlərinə görə, təşəbbüsə Müqəddəs Katedralında İosif Stalinin də təsvir olunduğu Moskva Matronası ikonasının üzərinə boya tökülməsi ilə bağlı insident səbəb olub. Komitə rəhbəri vurğulayıb ki, mövcud qanunvericiliyə görə, belə bir fakt proporsional məsuliyyət nəzərdə tutmur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…