Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti iki nəfəri terror təşkilatına yardım ittihamı ilə saxlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onların evlərinə baxış zamanı silah-sursat, elektron qurğular, pul vəsaitləri və beynəlxalq terror qruplaşması ilə mümkün əlaqələrini göstərən digər maddi sübutlar götürülüb.
Saxlanılanları 10 ildən 18 ilə qədər həbs gözləyir.