Operativ Məlumat Mərkəzi

Gürcüstanda keçirilən seçkilər Azərbaycana necə təsir edəcək? - RƏY

5 dəq
Paylaş:
Gürcüstanda keçirilən seçkilər Azərbaycana necə təsir edəcək? - RƏY
Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu" partiyası 54% səslə qələbə qazanıb. Gürcü Arzusunun qələbəsi çox mühüm məsələdir. Çünki...

Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu" partiyası 54% səslə qələbə qazanıb.

Gürcü Arzusunun qələbəsi çox mühüm məsələdir. Çünki faktiki olaraq Gürcüstan cəmiyyətinin çoxluğu öz rəyini verməklə, etimadnaməsini "Gürcü Arzusu" Partiyasına təqdim etdi.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasındq politoloq Tofiq Abbasov deyib.

O qeyd edib ki, bu, həm də region üçün çox böyük imtiyazlı şərait formalaşdıran hadisədir.

İran israrla qırmızı xətti keçməyə çalışır” - Tofiq Abbasov - Infoteka.az

"Çünki, yaxşı xatırlayırıq ki, Mixail Saakaşvili hakimiyyətdə olduğu halda, həqiqətən də Gürcüstan faciəvi anlarını yaşadı. Buna səbəb, düz yerdə Gürcüstanı müharibəyə qərq etdilər. Amerikalılar gürcülərə çox böyük vədlər vermişdi, hətta Mixail Saakaşviliyə bildirmişdi ki, “siz başlayın, biz sizi dərhal dəstəkləyəcəyik”. Onların da dəstəyinin nədən ibarət olduğunu gördük. İndi isə Ukraynada həmin ssenari işlənilir.

Gördüyümüz kimi, Ukrayna xalqını demək olar ki, oda atıblar və silah-sursat, böyük maliyyə vədləri verməklə onlar çalışırlar ki, bu müharibə uzansın. Uzandığı təqdirdə isə əlbəttə ki, insanlar tələf olur, infrastruktur dağıdılır, istər Ukrayna tərəf, istərsə də Rusiya tərəfindən".

Politoloq burada faktiki olaraq, Qərb institutlarının çoxdankı arzusu yerinə yetdiyini bildirib. Çünki, onlar Ukrayna ilə Rusiyanı birbaşa savaşa cəlb etmək istəyirdilər və buna nail oldular. Təsadüfi deyil ki, 50-dən çox ölkə Ukraynaya dəstək verir, hələ bu, rəsmən verilən məlumatlardır. Bu müharibə Qərbə daha çox lazımdır, çünki Rusiyanı zəiflətmək onların strateji hədəflərindən biridir.

“Gürcüstana gəldikdə isə, Gürcüstan baş vermiş hadisələrdən öz nəticələrini çıxarıb və həqiqətən də Gürcüstan cəmiyyətinin çoxluğu artıq gələcəyə "hə" deyir. Çünki Qərb institutlarının Gürcüstanda oynadıqları “oyunbazlıq siyasəti”, digər tərəfdən Gürcüstana QHT-lər, LGBT, transgender və s. transfer etmək istəyənlər, Gürcüstanda ənənəvi normaların, standartların çökməsinə çalışırdılar.

“Əlbəttə ki, bunlar hamısı yalan vədlər idi, çünki əsas məqsəd Qafqaz bölgəsində Qərbin güclənməsidir, Rusiyanın, İranın ətrafında dayaq nöqtələrini yaradıb orada gərginliyi artırmaqdır və əlbəttə ki, belə hadisələr baş verdikdə Qərb ilk növbədə başqalarının cibindən xərcləməyə üstünlük verir. Biz görürük ki, Ukrayna büdcəsində 30 milyarddan artıq defisit yaranıb, Ukraynanın kimin hesabına defisiti bağlayacağı sualı ortaya gəlir. Burada əlbəttə ki, yük özlərinin üzərinə düşəcək. Təsadüfi deyil ki, Zelenski artıq ölkənin bütün xammallarını satmağa hazır olduğunu bildirib.

Gürcüstan seçkiləri geridə qaldı: Gürcülər arzusuna çatdımı? - 28.10.2024, Sputnik Azərbaycan

Bütün bunlar Qərbin çoxdankı oyunlarıdır, rəngli inqilablar da bu qəbildən olan oyunları idi. Texnoloji gedişlər ona hesablanıb ki, ölkələrin daxili işlərinə qarışsınlar və Saakaşvilinin dövründə də ABŞ, Avropa İttifaqı birmənalı olaraq qeyd edirdilər ki, “biz hakim elitaların tez-tez bir-birini idarəetmədə əvəzlənməyinin tərəfdarıyıq. Bu ona görə lazımdır ki, oturuşmuş sistemlər formalaşmasın, idarəetmə rıçaqları xaricdə olsun".

Politoloq hesab edir ki, Gürcüstan parlament seçkilərinin nəticələri son dərəcə mühümdür, vacib rol oynayır. O cümlədən də, regionumuz üçün bu yaxşı bir nəticədir. Çünki, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq var və hətta Azərbaycan siyasi elitasının nümayəndələri, həmçinin Gürcüstanın siyasi rəhbərləri də bildirirlər ki, Azərbaycanla münasibətləri inkişaf etdirmək, bizim hər birimizin strateji hədəfimizdir. Əlbəttə ki, sabitliyin qorunması üçün bu çox vacib məsələdir. Çünki, bizim tərəfdaşlığımız ilk növbədə ölkələrimizə, xalqlarımıza rifah, büdcələrimizə investisiyalar, maliyyə resursları gətirir və bu proseslərdə də bizim insanlarımızın rifahı artır.

Gürcüstanda seçkilər: hakim partiya və müxalifətdə olan azərbaycanlı namizədlər

“Odur ki, bu dəfə də Qərb burada iflasa uğradı. Gürcüstanda bunun nəticəsi gələcək üçün də vacibdir. Buna səbəb, Gürcüstanda bildiyimiz qədər insanların çoxluğu artıq öz ənənələrinin qorunub saxlanılmasının tərəfdarıdır. Onlar çalışırlar ki, yad ənənələr, yad normalar ora gətirilməsin və əlbəttə ki, bu proses ölkələrin gələcəyi üçün də vacib rol oynayan transformasiyadır”,- deyə politoloq Tofiq Abbasov vurğulayıb.

Aminə Nəzərova

Bu xəbəri paylaş

Oxşar xəbərlər