Operativ Məlumat Mərkəzi

Gürcüstanda ardıcıl zəlzələlər oldu

1 dəq
Paylaş:
Gürcüstanda ardıcıl zəlzələlər oldu
bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.  3,9 bal gücündə ilk yeraltı təkanlar Bakı vaxtı ilə saat 04:53-də Tianet şəhərindən 27 km aralıda yerləşən...

Bu gün səhər saatlarında Gürcüstanın şimalında iki zəlzələ qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.

3,9 bal gücündə ilk yeraltı təkanlar Bakı vaxtı ilə saat 04:53-də Tianet şəhərindən 27 km aralıda yerləşən Bindaurta kəndi yaxınlığında qeydə alınıb. Ocaq 26 km dərinlikdə olub.

3,8 bal gücündə ikinci zəlzələ saat 09:03-də Tianeti şəhərindən 25 km aralıda baş verib. Episentr 15 km dərinlikdə yerləşib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər