Gürcüstan XİN başçısı Dövlət Departamentinin baş müşavirini qəbul edib - YENİLƏNİB

Gürcüstan XİN başçısı Dövlət Departamentinin baş müşavirini qəbul edib - YENİLƏNİB
18.04.2024 22:51
Aa
dəq

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə regional təhlükəsizlik, humanitar məsələlər və ABŞ-nin Rusiya-Gürcüstan münasibətlərinin nizamlanmasındakı rolu müzakirə edilib.

İ.Darçiaşvili ABŞ-nin strateji tərəfdaş olduğu Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi baxımından göstərdiyi mühüm səylərə görə Lui Bonoya təşəkkür edib.

***
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Gürcüstanda səfərdədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvledianinin ofisi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Tea Axvlediani və Lui Bono arasında görüş baş tutub.

"Dövlət naziri ABŞ-nin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyinə görə xarici diplomata təşəkkür edib və Gürcüstandakı münaqişənin sülh yolu ilə həlli prosesində ABŞ-nin rolunu vurğulayıb. Tərəflər Cenevrədə beynəlxalq danışıqların vacibliyini və gündəliyə daxil edilmiş məsələlər üzrə irəliləyişə nail olunmasının vacibliyinə diqqət çəkiblər", - məlumatda qeyd edilib.

Həmçinin Dövlət Departamentinin nümayəndəsinin ABŞ-nin Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə, eləcə də Gürcüstan hökumətinin sülh siyasətinə sarsılmaz dəstəyini təsdiqlədiyi diqqətə çatdırılıb.

Tərəflər sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Həftənin ən çox oxunanları

Makron Ukraynaya qoşun yeritmək imkanını təsdiqləyib

Makron Ukraynaya qoşun yeritmək imkanını təsdiqləyib
DAVAMIN OXU davamın oxu

ABŞ və Səudiyyə Ərəbistanı müdafiə sazişi imzalamağa yaxındır

ABŞ və Səudiyyə Ərəbistanı müdafiə sazişi imzalamağa yaxındır
DAVAMIN OXU davamın oxu

Aİ 2027-ci ilə qədər Livana 1 milyard avro ayırıb

Aİ 2027-ci ilə qədər Livana 1 milyard avro ayırıb
DAVAMIN OXU davamın oxu

ABŞ səfirliyi Gürcüstanda keçirilən etiraz aksiyalarına dəstək verib

ABŞ səfirliyi Gürcüstanda keçirilən etiraz aksiyalarına dəstək verib
DAVAMIN OXU davamın oxu

Çində avtomobil yolunun çökməsi nəticəsində ölənlərin sayı 48-ə yüksəlib

Çində avtomobil yolunun çökməsi nəticəsində ölənlərin sayı 48-ə yüksəlib
DAVAMIN OXU davamın oxu