Operativ Məlumat Mərkəzi

Gürcüstan millisi ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb

1 dəq
Paylaş:
Gürcüstan millisi ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb
pley-off mərhələsində Gürcüstan və Yunanıstan üz-üzə gəlib. Əsas və əlavə vaxtda qapılara qol vurulmadığı üçün görüş penaltilər seriyasına gedib. Burada...

Bu il Almaniyada təşkil olunacaq Avropa çempionatına vəsiqə qazanan son üç iştirakçıdan biri məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, pley-off mərhələsində Gürcüstan və Yunanıstan üz-üzə gəlib. Əsas və əlavə vaxtda qapılara qol vurulmadığı üçün görüş penaltilər seriyasına gedib. Burada daha dəqiq oynayan gürcülər ilk dəfə ölkə tarixində Avropa çempionatına vəsiqə qazanıb - 4:2.

Qeyd edək ki, Uels - Polşa və Ukrayna - İslandiya oyunlarından sonra Avropa çempionatına vəsiqə qazanan son yığmaların adlarına aydınlıq gələcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər