“Gürcüstan Azərbaycanın enerji layihələrində vacib tranzit nöqtələrdən biridir” - Politoloq

“Gürcüstan Azərbaycanın enerji layihələrində vacib tranzit nöqtələrdən biridir” - Politoloq
07.04.2023 18:22
Aa
dəq

“İkili münasibətlər Cənubi Qafqazı dünyanın ən önəmli iqtisadi-logistika və nəqliyyat hablarından birinə çevirmiş olacaq”.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM" açıqlamasında politoloq Tural İsmayılov bildirib:

Azərbaycan-Gürcüstan əlaqələrinin kifayət qədər inkişaf etdiyini vurğulayan politoloq bildirib ki, Gürcüstan gələcəkdə Azərbaycan-Ermənistan arasında vasitəçilik rolunu oynaya bilər:

“Azərbaycan-Gürcüstan münasibətləri kifayət qədər inkişaf etmiş vəziyyətdədir. Cənab Prezident İlham Əliyev bir neçə ay əvvəl Gürcüstana etdiyi səfərdə Gürcüstanın Azərərbaycan üçün əhəmiyyətini  xüsusi vurğulamışdı. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan Gürcüstanla bir çox regional layihələri icra edir. Gürcüstan Azərbaycanın enerji layihələrində vacib tranzit nöqtələrdən biridir. Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqazın perspektivləri baxımından vacib xüsusiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, 44 Günlük Vətən Müharibəsindəki qələbədən sonra Zəngəzur dəhlizi reallığının orta çıxması, eyni zamanda “Orta Dəhliz” anlayışının aktuallaşması və pospandemiya dövründə ən önəmli kommunikasiya layihəsinə çevrilməyi Gürcüstanın Azərbaycana yanaşmasının inkişaf etməyinə səbəb olub”.

Baş nazir İrakli Qaribaşvilinin ölkəmizə səfərinin tarixi əhəmiyyətinin olduğunu vurğulayan Tural İsmayılov qeyd edib ki, iki ölkə arasında imzalanan sənədlər ölkələrarası münasibətləri yeni mərhələyə daşıyacaq:

“Cənab Prezidentin Gürcüstana səfərində əldə edilən razılaşma əlaqələrinin davamı olaraq bu gün Gürcüstanın Baş nazirinin ölkəmizə iki günlük səfərinin tarixi əhəmiyyəti olduğunu düşünürəm. Azərbaycanla Gürcüstan arasında imzalanan müqavilələr hər iki ölkə münasibətlərini  yeni mərhələyə daşıyacaq. Həm də Cənubi Qafqazı dünyanın ən önəmli iqtisadi-logistika və nəqliyyat hablarından birinə çevirmiş olacaq. Azərbaycan Gürcüstanın Ermənistanla münasibətləri normallaşdırmaq üzrə vasitəçilik missiyasını alqışlayır və dəstəkləyir. Bu baxımdan Qaribaşvilinin Azərbaycan səfərində Gürcüstanın gələcək moderatorluq rolunun da müzakirə ediləcəyini düşünürəm. İstənilən halda, Azərbaycan-Gürcüstan münasibətlərinin çox yaxşı perspektivləri mövcuddur və hesab edirəm ki, Azərbaycan-Gürcüstan münasibətlərinin indiki yaxşı vəziyyəti həm də gələcəkdə Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşdırılması üçün bir model rolunu oynaya bilər”.

Məlik Məlikov

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu