Gürcüstanın rifahı və sülhü Avropa İttifaqına (Aİ) qoşulmaq naminə qurban verilməyəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
"Biz indi Ukraynadakı hərbi əməliyyatlar kontekstində Avropaya inteqrasiyadan danışarkən, Rusiyaya qarşı sanksiyalar da daxil olmaqla, Aİ-nin xarici siyasəti ilə maksimum yaxınlaşmaya nail olmalıyıq", - Papuaşvili bildirib.
O əlavə edib ki, Avropa bürokratiyası Aİ-yə inteqrasiya proseslərində Gürcüstanı Ukraynadan geridə qoyub, lakin Tbilisi Kiyev qarşısında bütün şərtləri yerinə yetirib.