Güləş Federasiyasından rüşvətlə bağlı ittihamlara cavab

Güləş Federasiyasından rüşvətlə bağlı ittihamlara cavab
12.04.2024 20:14
Aa
dəq

Azərbaycan Güləş Federasiyası (AGF) aprel 5-7-də Milli Gimnastika Arenasında keçirilən Avropa Olimpiya Təsnifat turniri ilə bağlı bəyanat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bəyanatda AGF-in digər idman təşkilatları və dövlət qurumlarının dəstəyi ilə təşkil etdiyi yarışın təşkilatçılığı yüksək səviyyədə qiymətləndirilildiyi qeyd olub.

Bildirilib ki, Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç federasiyamıza ünvanladığı təşəkkür məktubunda təşkilati fəaliyyətin ən yüksək səviyyədə həyata keçirildiyini, işçi və tibbi heyətin, könüllülərin maksimum həssaslıqla işinə yanaşdığını vurğulanması və Azərbaycanın gələcəkdə də nüfuzlu güləş yarışlarına ev sahibliyi edəcəyinə inandığını qeyd etməsi təsadüfi deyil: "Olimpiadaya lisenziya xarakterli turnirə media nümayəndələri də böyük maraq göstərdi. Yerli jurnalistlərlərlə yanaşı, əcnəbi qələm əhli də ölkəmizə təşrif buyuraraq yarışı canlı işıqlandırdı. Ümumilikdə 100-dən artıq KİV nümayəndəsinin qeydiyyatdan keçdiyi Avropa Olimpiya Təsnifat turniri müxtəlif ölkələrdə canlı nümayiş etdirildi. Yarışa azarkeş marağı da böyük oldu. Xüsusən sonuncu gündə Milli Gimnastika Arenasında anşlaq yaşandı. Bu da ölkəmizdə güləşə olan sevginin bariz nümunəsidir.

Avropa Olimpiya Təsnifat turnirində 3 güləş növünün cəmində 36 idmançı Paris-2024-ə lisenziya qazandı. Bu lisenziyalardan 5-i Azərbaycanın payına düşdü. Sərbəst güləşdə 57, 65, 74, 86 və 125 kq-da Olimpiya Oyunlarına vəsiqə əldə edildi. Neytral atletlər (Rusiya və Belarus) ümumilikdə 13, Türkiyə 3, Gürcüstan, Ukrayna və Almaniya 2, Macarıstan, Polşa, Serbiya, Bolqarıstan, Moldova, Finlandiya, Fransa, Litva və Rumıniya isə 1 lisenziya əldə etdi.

Bu yarışda 74 kq-da yarımfinalda Turan Bayramov italiyalı Frank Çamizoya qalib gələrək Olimpiya lisenziyası əldə edib. Ancaq Çamizo məğlubiyyətlə barışmayaraq ağır ittiham irəli sürüb. Çamizo heç bir dəlil-sübut olmadan guya bu görüşdə məğlub olması üçün ona 300 min dollar rüşvət təklif edildiyini bildirib.

Qeyd edək ki, UWW bu görüşün hakim idarəçiliyini araşdırmağa başlayıb və yaxın günlərdə müvafiq qərar veriləcək. Eyni zamanda, bildiririk ki, Çamizo "Duty to report" qaydalarına əsasən, belə bir rüşvət təklifinin olmasıyla əlaqədar dərhal etiraz protokolunda öz qeydlərini etməliydi. İndi ya o öz iddiasını sübuta yetirməli, ya da bu iddianın əsassız olduğunu bildirməlidir.

Nəzərinizə çatdıraq ki, Azərbaycan Güləş Federasiyası hər zaman "Fair Play" ədalətli oyun prinsiplərinə sadiqdir. Biz Çamizonun bu ittihamına qarşı hüquqi addımlar atacaq və Dünya Güləş Birliyinə rəsmi qaydada müraciət edəcək".

Həftənin ən çox oxunanları

Azərbaycan güləşçiləri bu gün Tatarıstanda altı medal qazanıblar

Azərbaycan güləşçiləri bu gün Tatarıstanda altı medal qazanıblar
DAVAMIN OXU davamın oxu

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutublar

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutublar
DAVAMIN OXU davamın oxu

“Pekin-Paris” ralli iştirakıları Şamaxıdan yürüşə davam etdi

“Pekin-Paris” ralli iştirakıları Şamaxıdan yürüşə davam etdi
DAVAMIN OXU davamın oxu

Azərbaycanın basketbol millisi Ermənistanı darmadağın edib

Azərbaycanın basketbol millisi Ermənistanı darmadağın edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan gimnastları Monteneqroda yeddi qızıl medal qazanıblar

Azərbaycan gimnastları Monteneqroda yeddi qızıl medal qazanıblar
DAVAMIN OXU davamın oxu