Əsas məzmuna keç

Gözlərə faydalı olan QİDALAR

Gözlərə faydalı olan QİDALAR

Həkim dietoloq Anastasiya Yefremova insanın görmə qabiliyyətini yaxşılaşdıran, gözlərə faydası olan məhsullar barədə danışıb. "Operativ Məlumat...

Həkim dietoloq Anastasiya Yefremova insanın qabiliyyətini yaxşılaşdıran, gözlərə faydası olan məhsullar barədə danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbərinə görə, həkim sink, antioksidant, vitamin və mineralların, Omeqa 3 yağının, xüsusilə A, C, E vitaminlərinin gözlərdə katarakt riskini azaltdığını və yaşla əlaqədar yaranan makulyar degenerasiyanın qarşısını aldığını bildirib.

O qeyd edib ki, həmin maddələri əlavəsi kimi yox, elə məhsullarından almaq daha faydalıdır.

Həkim yerkökü, bolqar bibəri, şaftalı, ispanaq, yemiş, manqo, şirin kartof, brokkoli, kələm, pomidor, qarğıdalı, portağal və yumurtada gözü qidalandıran maddələrin çox olduğunu bildirib.

“Qırmızı ət, quş əti, paxlalı bitkilər, qoz sinklə zəngindir. Onları yemək sözün həqiqi mənasında gözə işıq gətirir”, deyə həkim bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…