Operativ Məlumat Mərkəzi

Göygöldə odlu silahlar polisə təhvil verilib

1 dəq
Paylaş:
Göygöldə odlu silahlar polisə təhvil verilib
Göygöldə vətəndaşlar odlu silahları polisə təhvil veriblər. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən...

Göygöldə vətəndaşlar odlu silahları polisə təhvil veriblər.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakinləri özlərində olan, müxtəlif marka və kalibirli 5 ədəd ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər. Bu istiqamətdə tədbirlər davam edtirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər