Əsas məzmuna keç

Gömrük orqanlarına xidmətə qəbul üzrə test imtahanı keçirilib

Gömrük orqanlarına xidmətə qəbul üzrə test imtahanı keçirilib

Dekabrın 21-də Dövlət İmtahan Mərkəzi (DİM) Dövlət Gömrük Komitəsi ilə birgə gömrük orqanlarına xidmətə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı...

Dekabrın 21-də Dövlət İmtahan Mərkəzi (DİM) Dövlət Komitəsi ilə birgə gömrük orqanlarına xidmətə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, daşıyıcılar vasitəsilə Bakıda 3 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 7 imtahan rəhbəri, 61 nəzarətçi, 8 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

İmtahanda namizədlərə qanunvericilik üzrə 70, məntiqi təfəkkürün yoxlanılması üzrə 15, dünyagörüşü üzrə 15 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunur. Hər cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 80 və daha artıq bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak hüququ əldə edirlər.

Dekabrın 23-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. İmtahanın nəticələri yaxın 3 gün ərzində elan olunacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…