Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Dünya mediası Ankara zirvəsini müzakirə edir: Tramp-Ərdoğan görüşü diqqət çəkdi

3 dəq
Paylaş:
Dünya mediası Ankara zirvəsini müzakirə edir: Tramp-Ərdoğan görüşü diqqət çəkdi

Ankarada keçirilən NATO zirvəsi dünya mediasının əsas müzakirə mövzularından birinə çevrilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə bir sıra media qurumları məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp ilə Prezidenti Rəcəb Tayyib arasında baş tutan görüş və iki lider arasındakı səmimi münasibətlər xarici KİV-lərin diqqət mərkəzində olub. "Fox News" telekanalı Tramp və Ərdoğan arasındakı əlaqələrin digər NATO liderləri ilə müqayisədə daha yaxın olduğunu vurğulayıb.

"CBS" telekanalı isə NATO zirvəsinin Ankarada keçirilməsini Türkiyə üçün mühüm diplomatik uğur kimi dəyərləndirib. Kanal Trampın "Zirvə Türkiyədə keçirilməsəydi, qatılmazdım" ifadəsini ön plana çıxararaq, ABŞ Prezidentinin Ərdoğanı "möhtəşəm lider" adlandırdığını və aralarındakı münasibətləri yüksək qiymətləndirdiyini qeyd edib.

"CNN International"ın məlumatına görə, görüş zamanı müdafiə sənayesi sahəsində da müzakirə olunub. Bildirilib ki, Tramp "F-35" döyüş təyyarələrinin Türkiyəyə satışı ilə bağlı yaxın vaxtlarda qərar veriləcəyinə işarə edib. Eyni zamanda, Rusiyadan alınan hava hücumundan müdafiə sistemlərinə görə tətbiq olunan sanksiyaların ləğvi ehtimalının da gündəmə gəldiyi vurğulanıb.

"NBC News" Trampın NATO ilə bağlı tənqidi fikirlərini davam etdirdiyini və Ərdoğanı "çox güclü lider" adlandırdığını yazıb. "BBC" isə ABŞ Prezidentinin zirvəyə qatılmasının əsas səbəblərindən birinin Ərdoğanla görüşmək olduğunu qeyd edib.

Almaniyanın "Welt" nəşri Türkiyənin Ukrayna ilə Rusiya arasında dialoqun qorunmasında oynadığı vasitəçi rolunu yüksək qiymətləndirib. "Al Jazeera" isə Trampın Türkiyənin regional böhranların həllindəki roluna dair fikirlərinə diqqət çəkib.

Yunanıstanın "SKAI" telekanalı da Ankaradakı diplomatik təmasları canlı yayımlayaraq, Beştəpədə keçirilən görüşlərdə arasında səmimi atmosferin hökm sürdüyünü bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax