Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Fransa və Livan xarici işlər nazirləri Livandakı hərbi əməliyyatlara son qoyulmasını müzakirə ediblər

2 dəq
Paylaş:
Fransa və Livan xarici işlər nazirləri Livandakı hərbi əməliyyatlara son qoyulmasını müzakirə ediblər

Livanın naziri Raci Parisdə Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə görüşərək Livandakı vəziyyəti və İsrail-Hizbullah qarşıdurması ilə bağlı məsələləri müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Yusif Raci görüşlə bağlı hesabında paylaşım edib.

Nazir bildirib ki, tərəflər Livanın üzləşdiyi çətinliklər, ölkədəki vəziyyəti və davam edən diplomatik səylərlə bağlı fikir mübadiləsi aparıblar.

Raci qeyd edib ki, fransalı həmkarı 2025-ci ilin yayından etibarən Livan siyasi rəhbərliyinin qəbul etdiyi qərar və mövqeləri cəsarətli addımlar kimi qiymətləndirib.

Bildirilib ki, Fransa danışıqlarda birbaşa tərəf olmasa da, Paris davam edən diplomatik prosesə dəstəyini bir daha ifadə edib.

Livanın xarici işlər naziri aparılan danışıqların atəşkəsin əldə olunmasına və İsrail qoşunlarının tam şəkildə geri çəkilməsinə gətirib çıxaracağına ümid etdiyini vurğulayıb.

O həmçinin bildirib ki, Livan heç kimə onun adından danışıq aparmağa icazə verməyəcək və dövlətin silahdan istifadə hüququnun yalnız rəsmi qurumlarda qalması ilə bağlı qərar qəti və dəyişməzdir.

Görüş zamanı tərəflər Livan ordusunun imkanlarının gücləndirilməsi və ona dəstəyin artırılması məsələlərini də müzakirə ediblər.

Raci qeyd edib ki, Fransa Livan Silahlı Qüvvələrinə dəstək məqsədilə beynəlxalq konfrans təşkil etməyə hazır olduğunu bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax