İngiltərənin “Liverpul” klubu baş məşqçi Arne Slotla yollarını ayırıb. “Operativ Məlumat Mərkəzi-OMM”-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tərəflər arasında əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verilib.
Klub rəhbərliyi artıq yeni baş məşqçi axtarışlarına start verildiyini bəyan edib. Xatırladaq ki, 2024-cü ilin yayından etibarən “Liverpul”a rəhbərlik edən Arne Slotun dövründə komanda İngiltərə çempionluğunu əldə edib. “Qırmızılar” başa çatan mövsümü isə 60 xalla turnir cədvəlinin 5-ci pilləsində tamamlayıb.