Regionda baş verən gərginliklərlə əlaqədar çağırışım odur ki, tərəflər bir-biri ilə danışıb razılaşsınlar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə bu gün Təzəpir məscidində Ramazan bayramının başa çatması ilə əlaqədar qılınan bayram namazından sonra jurnalistlərə açıqlamasında bildirib.
"Gec-tez razılığa gələcəklər, amma o vaxtacan insanlar əziyyət çəkəcək. Ona görə, çağırışım odur ki, tezliklə razılığa gəlsinlər".