Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“İranın valyutası var, həm də kifayət qədər var”

2 dəq
Paylaş:
“İranın valyutası var, həm də kifayət qədər var”

İran Mərkəzi Bankının rəhbəri Əbdülnasır ABŞ Prezidenti Trampın İran iqtisadiyyatının və ölkənin valyuta ehtiyatlarının tükəndiyi barədə açıqlamalarına cavab verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Himməti İrana qarşı tətbiq olunan sanksiyaların və iqtisadi təzyiqlərin genişmiqyaslı olduğunu bildirib.

Onun sözlərinə görə, ölkənin valyutaya olan tələbatı qarşılanmalı, əhalinin gündəlik ehtiyacları təmin edilməli, fabrik və istehsal müəssisələrinin fəaliyyəti üçün zəruri resurslar əldə olunmalıdır.

rəhbəri İranın xaricdən alacaqları və valyuta gəlirlərinin toplanması prosesinin davam etdiyini, ölkənin daxili ehtiyatlarının da olduğunu bildirib.

O, müxtəlif səbəblərdən detalları açıqlanmayan əlavə maliyyə mənbələrinin də mövcud olduğunu qeyd edib.

“İranın valyutası var və həm də qədər var”, - o bildirib.

Himməti ölkə iqtisadiyyatının çökdüyü barədə iddiaların həqiqətə uyğun olmadığını vurğulayıb.

İran Mərkəzi Bankının rəhbəri həmçinin İranın düşmənlərinin hər həftə ölkəyə qarşı yeni sanksiyalar tətbiq etdiyini, buna baxmayaraq iqtisadi sistemin fəaliyyətini davam etdirdiyini söyləyib.

O, bazara 2 milyard dollara qədər valyuta çıxarmağa hazır olduqlarını açıqlayıb.

Mərkəzi Bank rəhbəri valyuta bazarında yaranan dalğalanmanın səngiyəcəyini bildirib. Onun sözlərinə görə, son dövrdə məzənnənin yüksəlməsi real iqtisadi amillərdən daha çox psixoloji mühitlə bağlıdır.

Müharibənin və bəzi infrastruktur obyektlərinə dəyən ziyanın işsizliyi artırdığını qeyd edən Himməti, kiçik və orta ölçülü istehsal müəssisələrinin maliyyələşdirilməsinə üstünlük verildiyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə