Operativ Məlumat Mərkəzi

“Gizli düşmən can almaqda davam edir”- AÇIQLAMA

2 dəq
Paylaş:
“Gizli düşmən can almaqda davam edir”- AÇIQLAMA
Azərbaycan 30 ildir ki, erməni işğalına məruz qalıb. Bu 30 ildə Azərbaycan Ermənistan tərəfindən mina terrorunun qurbanı olub. Bu hal acı formada bu gün...

Azərbaycan 30 ildir ki, erməni işğalına məruz qalıb. Bu 30 ildə Azərbaycan Ermənistan tərəfindən mina terrorunun qurbanı olub. Bu hal acı formada bu gün də davam edir, qarşısını almaq mümkün olmur.

Ötən günlərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin, digərləri ANAMA əməkdaşı olmaqla 4 nəfər mina partlaması nəticəsində xəsarət alıblar.

Təəssüflər olsun ki, 44 Günlük Vətən Müharibəsindən sonra beynəlxalq güclər mina xəritələrini Azərbaycana verilməsi ilə bağlı Ermənistana heç bir təzyiq, heç bir çağırış etməyibı

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, qazi Rey Kərimoğlu bildirib.

Onun sözlərinə görə, 4 il ərzində xeyli işlər görülüb. Belə ki, Ağdam, Laçın, Füzuli minalardan təmizlənib, tikinti işləri aparılır. ANAMA və digər dövlət qurumları əhalinin köçürülməsi üçün işlər görür. Ancaq mina probleminin miqyası böyük olduğu üçün Azərbaycanın Qarabağ bölgəsindən bu problemi həll etməyə illər lazımdır. Bu iş dövlət sifarişinə uyğun olaraq, bütün Qarabağda mina təmizlənmələri davam etdirilir.

“Ermənistanın dəqiq mina xəritələrini verməməsini qəti şəkildə qınayırıq. Beynəlxalq təşkilatları, Avropa dövlətlərini, o cümlədən də Avropa İttifaqını Ermənistana bununla bağlı nə çağırış, nə də sanksiya tətbiq etmədiyini pisləyirik”, - deyə Rey Kərimoğlu qeyd edib.

Aminə Nəzərova

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər