Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

DİM: 1300-dək taksi sürücüsü imtahanda uğur qazanıb

2 dəq
Paylaş:
DİM: 1300-dək taksi sürücüsü imtahanda uğur qazanıb

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 19-da xüsusi hazırlıq keçmiş minik avtomobili sürücüləri üçün Bakı, , və Bərdə şəhərlərində test imtahanı keçirib.

DİM-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, vermək üçün 1608 nəfər qeydiyyatdan keçib. Onlardan 1544-ü imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1297 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Elektron formada aparılan imtahanda namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr, həmçinin DİM-in saytında yerləşdirilib.

İmtahan zamanı sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. On və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara yeddi il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası mayın 20-21-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax