Ukraynalı yarımmüdafiəçi Georgi Sudakov karyerasını İspaniya çempionatında davam etdirməyə yaxındır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Selta” bu transferdə maraqlıdır.
Məlumata görə, "Benfika"nın baş məşqçisi Joze Mourinyo Sudakovun onun oyun fəlsəfəsinə uyğun gəlmədiyini düşünür. Bu səbəbdən oyunçunun satışı gündəmə gəlib.
Futbolçunun cari mövsümdəki statistikası aşağıdakı kimidir:
- Oynadığı matç sayı: 36
- Vurduğu qollar: 4
- Məhsuldar ötürmələr: 5
Qeyd edək ki, "Transfermarkt" portalı ukraynalı yarımmüdafiəçinin transfer dəyərini 28 milyon avro olaraq qiymətləndirir.