Əsas məzmuna keç

Gəncədəki süni göldə təhlükənin aradan qaldırılması üçün əlavə qüvvələr cəlb edilib

Gəncədəki süni göldə təhlükənin aradan qaldırılması üçün əlavə qüvvələr cəlb edilib

şəhərindəki süni təhlükənin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri cəlb edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat yayıb. Bildirilib ki, intensiv yağıntılar səbəbindən Gəncə şəhərindəki parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin yenidən artması nəticəsində ətraf ərazilər üçün yaranmış təhlükə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirlərinin görülməsinə başlanılıb.

Hazırda yaranmış təhlükənin aradan qaldırılması istiqamətində FHN-in Gəncə Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən göldə suyun səviyyəsinin azaldılması və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi fasiləsiz olaraq davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…