Gəncədə xəstəxanada yanğın zamanı 1 nəfər ölüb, 148 nəfər təxliyə edilib

Gəncədə xəstəxanada yanğın zamanı 1 nəfər ölüb, 148 nəfər təxliyə edilib
26.04.2023 15:46
Aa
dəq

Fövqəladə Hallar Nazirliyi Gəncədə xəstəxanada baş verən yanğın barədə məlumat yayıb.

FHN-dən  "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Gəncə Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli xəstəxana binasının zirzəmisində yerləşən elektrik lövhəsində baş verdiyi müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, xəstəxana binası yanğından mühafizə edilib. Paralel olaraq, təhlükəsizlik tədbirləri çərçivəsində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən 58 nəfər xəstə və 90 nəfər xəstəxana personalı təhlükəsiz əraziyə təxliyə olunub. Xəstəxananın reanimasiya şöbəsində 1963-cü il təvəllüdlü Məmmədova Nazilə Həbib qızının meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Həftənin ən çox oxunanları

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
DAVAMIN OXU davamın oxu

Evə basqın etdi, polis zərərsizləşdirdi

Evə basqın etdi, polis zərərsizləşdirdi
DAVAMIN OXU davamın oxu

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO
DAVAMIN OXU davamın oxu

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb
DAVAMIN OXU davamın oxu