Əsas məzmuna keç

Gəncədə şəhid Orxan Əsgərovun yas mərasimi keçirilib

Gəncədə şəhid Orxan Əsgərovun yas mərasimi keçirilib

mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla yanaşı, Türkiyənin və Gürcüstanın Gəncədəki Baş konsulları Recep Öztop, Nikolos...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Gəncədə Azərbaycanın İrandakı səfirliyinə hücumu zamanı olan Orxan Əsgərovun yas mərasimi keçirilib. Şəhər İcra Hakimiyyətinin başçısı şəhid Orxan Əsgərovun ata evində keçirilən yas mərasimində iştirak edib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla yanaşı, Türkiyənin və Gürcüstanın Gəncədəki Baş konsulları Recep Öztop, Nikolos İaşvili, məhkəmə sədrləri, hüquq-mühafizə orqanları rəhbərləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Niyazi Bayramov şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərova başsağlığı verib və törədilən terror aktının araşdırılmasının şəxsən ölkə rəhbərliyinin nəzarətində olduğunu bildirib.

Xatırladaq ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, səfirliyin Mühafizə Xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb. Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb. 29 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda, diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərov yanvarın 30-da Bakıda İkinci Şəhidlər xiyabanında dəfn edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…