Operativ Məlumat Mərkəzi

Gədəbəydə istirahət üçün yerdə uzanan kişinin üzərindən yük maşını keçib

1 dəq
Paylaş:
Gədəbəydə istirahət üçün yerdə uzanan kişinin üzərindən yük maşını keçib
hadisə rayonun Gərgər kəndində qeydə alınıb. 1973-cü il təvəllüdlü Elman Musayev biçənək sahəsində ot preslərini tanışı Maarif Əmiraslanovun "QAZ 3307"...

Gədəbəydə bədbəxt hadisə baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə rayonun Gərgər kəndində qeydə alınıb.

1973-cü il təvəllüdlü Elman Musayev biçənək sahəsində ot preslərini tanışı Maarif Əmiraslanovun "QAZ 3307" markalı avtomobilinə yükləyib. Daha sonra Elman Musayev istirahət etmək məqsədilə avtomobilin arxa təkərləri yanında uzanıb.

Bu zaman Maarif Əmiraslanov avtomobili arxaya doğru hərəkət etdirərək Elman Musayevin üzərindən keçib. Nəticədə Elman Musayev ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər