Əsas məzmuna keç

Gecikmiş 108 min manat işçilərə ödənildi

Gecikmiş 108 min manat işçilərə ödənildi

Dövlət Əmək Müfəttişliyi Xidməti yubadılan əməkhaqqı və müavinətlərin geri qaytarılmasını təmin etdi. Qanunsuz işdən çıxarılan 26 nəfərlə bağlı mühüm qərar nədir?

ru en

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən işəgötürənlər tərəfindən 108 312 manatdan çox vəsaitin işçilərə ödənilməsi gecikdirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi məlumatı Dövlət Müfəttişliyi yayıb.

Qurumun müdaxiləsindən sonra işəgötürənlərin həmin vəsaitləri işçilərə ödəməsi tam təmin edilib. Gecikdirilmiş vəsaitlərin təyinatı üzrə bölgüsü belə olub:

  • 96 faizi — əməkhaqqı ödənişləri
  • 4 faizi — müavinət və zərərə görə ödənclər

Eyni zamanda, aparılan araşdırmalar zamanı 26 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyənləşib. Qanunsuz işdən həmin şəxslər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…