Operativ Məlumat Mərkəzi

Tarixin ən soyuq oyunu? - “Qarabağ” “Ayntraxt” səddini keçə biləcəkmi?

2 dəq
Paylaş:
Tarixin ən soyuq oyunu? - “Qarabağ” “Ayntraxt” səddini keçə biləcəkmi?
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda bu gün Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə üz-üzə gələcək.Bu barədə “Operativ...

"" Çempionlar Liqasının əsas mərhələsinin VII turunda bu gün Almaniyanın "" (Frankfurt) klubu ilə üz-üzə gələcək.

Bu barədə “Operativ Məlumat Mərkəzi–OMM”-ə açıqlamasında idman eksperti Elçin Cəlilov bildirib ki, “Qarabağ” üçün Çempionlar Liqasında mübarizəni davam etdirmək baxımından qarşıdakı oyun həlledici əhəmiyyət daşıyır. “Ayntraxt”a məğlubiyyət komandanın qrupdakı ümidlərini ciddi şəkildə azalda, hətta tamamilə aradan qaldıra bilər:

“Bu qarşılaşmada “Qarabağ” üçün yalnız qələbə və ya heç-heçə məqbul nəticə sayıla bilər”.

Onun sözlərinə görə, istənilən məğlubiyyət turnir cədvəlində vəziyyəti daha da çətinləşdirəcək.

\

Ekspert diqqətə çatdırıb ki, də bu oyunun maraqlı məqamlarından biridir. Elçin Cəlilovun fikrincə, “Qarabağ”ın avrokuboklarda iştirak etdiyi illər ərzində bu qarşılaşma ən soyuq hava şəraitində keçirilən oyunlardan biri ola bilər:

“Belə hava şəraiti adətən Avropa komandaları üçün daha uyğun hesab olunur. Lakin bu amil oyunun taleyini təkbaşına həll etmir”.

Qarabag to start from second qualifying round in 2025/26 UEFA Champions League

O əlavə edib ki, digər məqamlar təmsilçisinin xeyrinədir. Rəqib komandanın düşərgəsində məşqçi dəyişikliyinin olması, həmçinin son oyunlarda qeyri-sabit nəticələr göstərməsi “Qarabağ” üçün müəyyən üstünlüklər yaradır.

İdman eksperti vurğulayıb ki, əsas amil komandanın psixoloji hazırlığıdır:

“Əgər “Qarabağ” meydana psixoloji baxımdan tam hazır çıxarsa, bu oyunda məğlub olmayacaq”.

“Düzgün taktika və yüksək motivasiya ilə “Qarabağ” bu çətin qarşılaşmadan müsbət nəticə ilə ayrılaraq Çempionlar Liqasında yoluna davam edə bilər”,- deyə müsahibimiz sonlandırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax