Əsas məzmuna keç

Füzulidə torpaq uçqunu altında qalan şəxs xilas edilib

Füzulidə torpaq uçqunu altında qalan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin () “112” qaynar telefon xəttinə Füzuli şəhəri ərazisində nəticəsində vətəndaşın uçqun atında qalması barədə məlumat daxil olub.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yeraltı qaz boru xəttində bərpa işləri aparılan zaman baş vermiş torpaq uçqunu nəticəsində bir nəfər uçqun altında qalıb.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaş uçqun altından çıxarılaraq xilas edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…