Operativ Məlumat Mərkəzi

Füzulidə mülki şəxslər minaya düşüb - YENİLƏNİB

2 dəq
Paylaş:
Füzulidə mülki şəxslər minaya düşüb - YENİLƏNİB
bu barədə Xocavənd Rayon Prokurorluğu məlumat yayıb. Belə ki, oktyabrın 13-də saat 05 radələrində işğaldan azad edilmiş ərazidə 2 ədəd yük maşınının...

Azad edilmiş ərazidə 1 nəfərin ölümü, digər şəxsin isə xəsarət alması ilə nəticələnən mina partlayışları üzrə araşdırma aparılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xocavənd Rayon Prokurorluğu məlumat yayıb.

Belə ki, oktyabrın 13-də saat 05 radələrində işğaldan azad edilmiş ərazidə 2 ədəd yük maşınının minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı hadisə nəticəsində “Qazel” markalı avtomobilin sürücüsü, Famil Əbilovun ölməsi və “Mercedes-Benz Atego” markalı avtomobilinin sürücüsü, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

10:25 ***

Bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina partlayışı hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

İlkin məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində "Qazel" markalı maşının sürücüsü - 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, "Kamaz" tipli yük maşınının sürücüsü - 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.

ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər