Əsas məzmuna keç

Füzuli istiqamətində növbəti təxribatın qarşısı alınıb

Füzuli istiqamətində növbəti təxribatın qarşısı alınıb

Sentyabrın 10-da saat 09:45 radələrində sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazisindəki qeyri-qanuni silahlı dəstələri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…