Operativ Məlumat Mərkəzi

Futbolçuların döyülməsi ilə bağlı 3 nəfər saxlanılıb

1 dəq
Paylaş:
Futbolçuların döyülməsi ilə bağlı 3 nəfər saxlanılıb
Mayın 8-də futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” - “Qəbələ” matçında baş vermiş insidentlə bağlı Gəncə Şəhər Baş Polis...

Mayın 8-də futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” - “Qəbələ” matçında baş vermiş insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirib ki, əməli törətməkdə şübhəli bilinənlər— şəhər sakinləri B. Əhmədov, S. Qasımov və R. Əhmədov saxlanılıb. Şübhəli şəxslər barəsində araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər