Operativ Məlumat Mərkəzi

Fransada katolik məktəbində cinsi və fiziki zorakılıq iddiaları ilə bağlı istintaq açılıb

1 dəq
Paylaş:
Fransada katolik məktəbində cinsi və fiziki zorakılıq iddiaları ilə bağlı istintaq açılıb
bununla bağlı xarici KİV məlumat yayıb. Fransanın cənub-qərbindəki Pyrenees-Atlantiques departamentindəki Ustaritzdəki xüsusi katolik orta və lisey...

Fransanın cənub-qərbində yerləşən özəl katolik məktəbində cinsi və fiziki zorakılıq iddiaları ilə bağlı ilkin istintaq açılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Fransanın cənub-qərbindəki Pyrenees-Atlantiques departamentindəki Ustaritzdəki xüsusi katolik orta və lisey Saint-François-Xavier, zorakılıq ittihamları ilə gündəmı gəlib.

Aprelin 10-da məktəbdə 1960-2005-ci illər arasında təhsil almış 10-dan çox şagird cinsi və fiziki zorakılığa məruz qaldıqlarını iddia edən şikayət ərizəsindən sonra Bayonn Prokurorluğu məktəblə bağlı ilkin istintaqa başlayıb.

Facebook-da fikirlərini dilə gətirən Saint-Fransua-Xavier məktəbinin bir qrup qurbanının qurduğu kollektivin sözçüsü Gilles Parent, Fransada cinsi istismar iddiaları ilə daha əvvəl gündəmə gələn Betharram Katolik Məktəbi iddiasının onları hərəkətə keçməyə sövq etdiyini söyləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər