Operativ Məlumat Mərkəzi

Fransa XİN başçısı iranlı həmkarı ilə danışıb, Tehrana xəbərdarlıq edib

1 dəq
Paylaş:
Fransa XİN başçısı iranlı həmkarı ilə danışıb, Tehrana xəbərdarlıq edib

Fransa xarici işlər naziri Ketrin Kolonna ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazirlər regional məsələləri müzakirə ediblər.

K.Kolonna bildirib ki, regional münaqişə riski heç vaxt bu qədər yüksək olmayıb.

O, İranı sabitliyi pozan hərəkətlərdən çəkinməyə çağırıb və deyib ki, eskalasiyanın kimsəyə faydası yoxdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər