Fransa Xarici işlər naziri Ketrin Kolonna Azərbaycan və Ermənistana səfər edəcək.
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, nazir senatda çıxışı zamanı Laçın dəhlizi ətrafında yaranmış vəziyyəti müzakirə etmək üçün Azərbaycan və Ermənistana səfər edəcəyini bildirib.
Səfərin apreldə baş tutacağı qeyd edilib.