Oktyabrın 2-də “Stad de Frans” stadionunda keçirilən Millətlər Liqasının üçüncü turunun Fransa – İtaliya qarşılaşması 1:1 hesabı ilə başa çatıb.
Fransa millisinin hücumçusu Maykl Olise 55-ci dəqiqədə hesabı açıb. İtaliya yığmasının müdafiəçisi Alessandro Bastoni 68-ci dəqiqədə bərabərlik qolunu vurub.
Fransa komandası 85-ci dəqiqədən etibarən azlıqda qalıb. Müdafiəçi Dayo Upamekano ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Fransa A Liqasının 1-ci qrupunda 7 xalla birinci yerdədir. İtaliya 4 xalla üçüncü pillədə qərarlaşıb. Oktyabrın 5-də Fransa evdə Belçikanı, İtaliya isə Türkiyəni qəbul edəcək.