Fransa və Almaniya Ukrayna ərazisində silah istehsalı üçün müəssisə yaratmağı planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
“Almaniya və Fransa Ukrayna daxilində silah istehsalına başlayacaqlarını bildiriblər, çünki Avropa İttifaqının iki ən böyük iqtisadiyyatının liderləri aralarındakı fikir ayrılıqlarının blokun Kiyevə kifayət qədər dəstəyi səfərbər etməsinə mane olacağı qorxusunu aradan qaldırmağa çalışırlar”, - deyə nəşr yazıb.
Bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin hücumu zamanı Ukrayna qoşunları sursat çatışmazlığından əziyyət çəkib.
Agentlik yazır ki, nə Almaniya kansleri Olaf Şolz, nə də Fransa lideri Emmanuel Makron gələcək müəssisə haqqında ətraflı məlumat verməyiblər, lakin alman silah istehsalçısı Rheinmetall AG fevral ayında Ukraynada artilleriya istehsalı üçün yeni zavod açacağını elan edib.