Fransanın 6 yeni Avropa təzyiqli su reaktoru (EPR) tikməyi planlaşdırdığı açıqlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Yelisey Sarayından verilən açıqlamaya görə, 2022-ci ildən etibarən hər il milli nüvə addımlarının müəyyənləşdirilməsi istiqamətində addımlar atan Nüvə Siyasəti Şurası (CPN) dünən dördüncü dəfə toplaşıb.
İclasda artıq atom elektrik stansiyalarının mövcud olduğu Penly, Gravelines və Bugeydə altı yeni Avropa təzyiqli atom elektrik stansiyasının tikintisi müzakirə edilib.
Qeyd olunub ki, reaktorlardan birincisi 2038-ci ilə qədər istifadəyə veriləcək.