İsrail ordusu Livanın cənubunda yerləşən Nəbatiyyə bölgəsinə zərbələr endirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Livan KİV-ləri məlumat yayıb.
Məlumata görə, hücum İsrail ilə Livan arasında qüvvədə olan atəşkəs razılaşmasına baxmayaraq həyata keçirilib.
Bildirilir ki, zərbələr nəticəsində 4 nəfər həyatını itirib.
Qeyd olunur ki, hadisədən sonra bölgədə gərginlik davam edir.