Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sivasda ağır yol qəzası: 4 nəfər həlak olub, 10 nəfər yaralanıb

2 dəq
Paylaş:
Sivasda ağır yol qəzası: 4 nəfər həlak olub, 10 nəfər yaralanıb

Türkiyənin Sivas- avtomobil yolunda ağır yol- hadisəsi baş verib. Qəza nəticəsində 4 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Gemin Deresi ərazisində qeydə alınıb. İlkin məlumata görə, Həyati Arasın idarə etdiyi sərnişin mikroavtobusu hərəkət zamanı idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı baryerlərə çırpılıb, daha sonra uçuruma yuvarlanıb.

Sivas Valiliyinin açıqlamasına əsasən, Sivasdan Suşehri istiqamətində hərəkət edən mikroavtobusda ümumilikdə 14 sərnişin olub.

Qəza barədə məlumat daxil olduqdan sonra hadisə yerinə təcili yardım briqadaları, AFAD əməkdaşları, polis və jandarma qüvvələri cəlb edilib.

Xilasedicilərin apardığı nəticəsində mikroavtobusda olan sərnişinlərdən 4-nün hadisə yerində həyatını itirdiyi müəyyənləşdirilib.

Qəza nəticəsində Hikmət Cengiz, Funda Durhan, Erva Durhan və Dilək Özcan ölüb.

Yaralanan 10 nəfər isə təcili tibbi yardım maşınları və hava ambulansı ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Rəsmi məlumata görə, yaralılardan 4-nün vəziyyəti ağırdır, digər 6 nəfərin isə həyatı üçün təhlükə olmadığı bildirilir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma və istintaq tədbirləri başlanıb. Qəzanın dəqiq səbəbləri araşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax