İranın Babolsar şəhərində ən azı dörd dövlət məmuru həbs edilib.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Agentliyin məlumatına görə, saxlanılanlar casusluqda ittiham olunurlar, lakin onlara qarşı konkret ittihamlar göstərilməyib.
Martın 15-də Reza Radan fevralın 28-dən bəri ölkənin hüquq-mühafizə orqanlarının düşmənlə əməkdaşlıq etməkdə şübhəli bilinərək ən azı 500 nəfəri həbs etdiyini açıqlayıb.