Əsas məzmuna keç

"Formula 1"-ə görə Bakıda bu yollardan istifadə məhdudlaşdırılacaq

"Formula 1"-ə görə Bakıda bu yollardan istifadə məhdudlaşdırılacaq

"Formula 1" üzrə Qran-prisinə hazırlıq məqsədi ilə Bakı şəhərində bəzi yollardan istifadə məhdudlaşdırılacaq.

Bakı Şəhər Halqası Şirkətindən "Operativ Məlumat Mərkəzi-OMM" məlumata görə, avqustun 20-də, saat 22:00-dan Səməd Vurğun küçəsinin Neftçilər prospekti ilə kəsişməsindən Zərifə küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyatın istifadəsinə bağlı olacaq.

Bu məhdudiyyət yarışlar bitənə qədər davam edəcək.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 13-15-də keçiriləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…