Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Fon der Lyayen və Kallasdan atəşkəs bəyanatı

2 dəq
Paylaş:
Fon der Lyayen və Kallasdan atəşkəs bəyanatı

ABŞ və İran arasında əldə olunan iki həftəlik sazişi Avropa İttifaqı rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bu mühüm deeskalasiya addımını alqışlayaraq, "X" sosial şəbəkəsindəki hesablarında rəsmi bəyanat yayıblar.

Ursula fon der Lyayen atəşkəsin zəruri deeskalasiyaya kömək etdiyini bildirib və vasitəçilik səylərinə görə Pakistana təşəkkür edib. Komissiya sədrinin sözlərinə görə, indi münaqişənin dayanıqlı həllinə nail olmaq üçün danışıqları davam etdirmək vacibdir. O, həmçinin bu prosesdə Aİ tərəfdaşları ilə səyləri əlaqələndirmək niyyətində olduğunu diqqətə çatdırıb.

Kaya Kallas isə öz növbəsində razılaşmanı həftələrlə davam edən eskalasiyadan sonra təhlükəli cizgidən geri atılmış mühüm addım adlandırıb. O vurğulayıb ki, atəşkəs təhlükələrin azaldılması, raket zərbələrinin dayandırılması, gəmiçiliyin bərpası və diplomatiyanın inkişafı üçün yeni imkanlar yaradır. Kallas xüsusilə qeyd edib ki, Hörmüz boğazı keçid üçün mütləq yenidən açılmalıdır.

Avropa diplomatiyasının rəhbəri ilkin razılaşmanın əldə olunmasındakı köməyinə görə Pakistanın nazirinə təşəkkürünü bildirib. Kallas əlavə edib ki, münaqişənin köklü səbəbləri hələ də həll olunmadığından vasitəçilik imkanı açıq qalmalıdır: " bu səyləri dəstəkləməyə hazırdır və regiondakı tərəfdaşlarla təmasdadır. Mən bu məsələni bu gün Səudiyyə Ərəbistanında müzakirə edəcəyəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax